Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Romadakı tarixi körpüdə yanğın baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Romadakı tarixi körpüdə yanğın baş verib

Romadakı tarixi körpüdə yanğın baş verib


İtaliyanın paytaxtı Romada Tiber çayı üzərindəki XIX əsrə aid tarixi “Dəmir körpü”də yanğın baş verib.

Yerli mətbuata görə, yanğın körpünün altındakı naqillərdəki qısaqapanma səbəbindən baş verib.

Yanğınsöndürənlər isə hadisənin qəzalı qaz borusundan qaynaqlandığını bildiriblər. Hadisə nəticəsində körpü nəqliyyatın hərəkəti üçün bağlanıb. Yanğın qısa zamanda söndürülüb, xəsarət alan olmayıb.

Qeyd edək ki, 1863-cü ildə inşa edilən “Ponte dell 'Industria” (“Sənaye körpüsü” Ostiense və Portuense bölgələrini birləşdirir. Romalılar 131 metr uzunluğunda olan körpünü “Dəmir körpü” adlandırırlar.

Geri dön