Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 2021-2022-ci tədris ilində “SABAH” qruplarında 108 yeni müəllim fəaliyyətə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > 2021-2022-ci tədris ilində “SABAH” qruplarında 108 yeni müəllim fəaliyyətə başlayıb

2021-2022-ci tədris ilində “SABAH” qruplarında 108 yeni müəllim fəaliyyətə başlayıb


2021-2022-ci tədris ilində “SABAH” qruplarında 108 yeni müəllim fəaliyyətə başlayıb.

Təhsil Nazirliyindən bildirilib ki, 11 ali təhsil müəssisəsini əhatə edən “SABAH” qruplarına, eləcə də layihə modeli çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının xüsusi pilot qrupuna müəllim seçimi mərkəzləşdirilmiş qaydada iki mərhələdən (təqdim olunmuş sənədlər əsasında ilkin qiymətləndirmə və müsahibə) ibarət olmaqla müsabiqə yolu ilə aparılıb.

Müsabiqədə iştirak üçün 117 vakant fənn üzrə 899 müraciət daxil olub. Müraciət edənlərdən 380 nəfəri müsahibə mərhələsinə keçib. Müsahibədə 6 ixtisas istiqaməti (humanitar-sosial, təhsil və dil, iqtisadiyyat və idarəetmə, təbiət, texniki və texnoloji, idman) üzrə komissiyalar təşkil olunub.


Geri dön