Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Monteneqroda “Türkiyə filmləri günləri” təşkil ediləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Monteneqroda “Türkiyə filmləri günləri” təşkil ediləcək

Monteneqroda “Türkiyə filmləri günləri” təşkil ediləcək


Oktyabrın 7-dən Yunus Əmrə İnstitutunun (YEE) təşkilatçılığı ilə Monteneqroda “Türkiyə filmləri günləri” keçiriləcək.

7-29 oktyabr tarixlərində türk filmləri Monteneqronun ən çox izlənilən və bütün Balkan ölkələrində yayımlanan “Prva” kanalında altyazı ilə nümayiş olunacaq.

Yunus Əmrə İnstitutu bununla türk kinosunun nümunələrini böyük tamaşaçı kütləsinə çatdırmağı hədəfləyir. COVID-19 pandemiyası dövründə Türkiyə istehsalı olan “Bütün xoşbəxtliklər mümkündür”, “Pul qoxusu” və “Bizim üçün çempion” filmləri Balkan ölkələrində kino həvəskarlarına təqdim ediləcək.

Oktyabrın 29-u Türkiyə Cümhuriyyət Bayramında isə “Ərtoğrul 1890” filminin xüsusi nümayişi olacaq.

Geri dön