Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Avtoradio”da Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsindən söhbət açılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > “Avtoradio”da Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsindən söhbət açılıb

“Avtoradio”da Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsindən söhbət açılıb


Daşkənddə keçirilən “İpək yolu dürdanəsi” kinofestivalında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, UNEC Tədqiqat Fondunun departament müdiri Ellada Əliyeva Özbəkistanın paytaxtında fəaliyyət göstərən “Avtoradio” radiosunun qonağı olub.

E.Əliyeva müsahibəsində Özbəkistana gəlişinin səbəbi haqqında məlumat verib, torpaqlarımızın 30 ilə yaxın Ermənistanın işğalında qalması, 44 günlük Vətən müharibəsi, Azərbaycanın Qələbəsi ilə bağlı məlumat verib. O, müharibə zamanı Özbəkistan hökumətinin, xalqının, ən nəhayət, jurnalistlərinin Azərbaycanın haqq işini dəstəklədiyini vurğulayıb.

E.Əliyeva deyib: “Mən bilirəm ki, Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Özbəkistan mətbuatı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, bu haqda müntəzəm olaraq materiallar verib və bu mövqeyinə görə Özbəkistan hökumətinə və xalqına minnətdarlığımı bildirirəm”.

O bildirib ki, Daşkənddə keçirilən görüşlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində Azərbaycanla Özbəkistan arasında elmi tədqiqat, analitik informasiya sahələrində əlaqələrin daha da dərinləşdirilməsi, münasibətlərin gələcək inkişaf perspektivləri və digər məsələlər müzakirə olunub.

Geri dön