Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İtaliyada karantin qaydaları yumşaldılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İtaliyada karantin qaydaları yumşaldılır

İtaliyada karantin qaydaları yumşaldılır


İtaliyada karantin rejiminin qaydaları yumşaldılır.

Mədəniyyət və idman obyektlərində, eləcə də diskotekalarda tutumun artırılmasına dair yeni qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Belə ki, yeni qaydalara əsasən, oktyabrın 11-dən etibarən ölkədəki teatr, kinoteatr və mədəniyyət evlərində (yalnız ağ zonada) ümumi tutumun 100 faizinə, ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə isə qapalı diskotekaların fəaliyyətinə icazə veriləcək.

Stadionlarda tamaşaçı tutumu 75 faiz, qapalı idman salonlarında oturacaqların doluluq nisbəti 60 faiz olmalıdır. Bu məkanlara girişdə “Yaşıl keçid kartı” (“Green pass” və ya vaksin sertifikatı) tələb ediləcək.

Geri dön