Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Suriya ərazisində iki türk polisi şəhid olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Suriya ərazisində iki türk polisi şəhid olub

Suriya ərazisində iki türk polisi şəhid olub


Türkiyə təhlükəsizlik qüvvələrinin tərkibində Suriya ərazisində “Fərat qalxanı” antiterror rayonunda post-patrul xidmət aparan əməkdaşları PKK/PYD terrorçularının hücumuna məruz qalıb.

Bu barədə Türkiyənin rəsmi dairələrindən məlumat yayılıb. Bildirilir ki, Azez ilə Mare arasında post-patrul xidməti aparan Türkiyənin zirehli polis maşını terrorçular tərəfindən vurulub. Tel Rıfatdan açılan raket atəşi nəticədə iki xüsusi təyinatlı polis şəhid olub. Daha iki polis isə yaralı halda xəstəxanaya yerləşdirilib.

Türkiyə tərəfi “Fərat qalxanı” antiterror rayonunda təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

Geri dön