Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda gənc bəluc hərbçi edam edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda gənc bəluc hərbçi edam edilib

İranda gənc bəluc hərbçi edam edilib


Bu barədə “Bəluc Fəallarının Kampaniyası” məlumat yayıb.


Bildirilir ki, iki il əvvəl 30 kiloqramlıq “Kristal” növlü narkotik maddənin qaçaqmalçılığında günahlandıraraq həbs edilən və sonradan vəkildən məhrum edildiyi halda məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilən Ümid Sarani oktyabrın 11-i sübh saatlarında İranın Bircənd şəhərinin zindanında dara çəkilib.


Məlumatda bildirilir ki, gənc hərbçiyə ölüm cəzasının icrasından bir gün əvvəl ailə üzvləri ilə son dəfə olaraq görüşməyə icazə verilib.


Edam edilən şəxsin məhkəmə prosesi barədə məlumat yayılmayıb.


Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

Geri dön