Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > NATO rəsmi Tehranın iddialarını təkzib etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > NATO rəsmi Tehranın iddialarını təkzib etdi

NATO rəsmi Tehranın iddialarını təkzib etdi


NATO baş katibi Anders Foq Rasmussen İran silahlı qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadinin NATO-nun yeni bir dünya müharibəsi risqini artırması barədə iddialarını qəbul etməyib.
“Bu iddiaları heç bir şəkildə qəbul etmirəm. Biz əvvəldən də “Patriot” raketdən müdafiə sistemlərinin sadəcə müdafiə məqsədli olduğunu demişdik. Biz müttəfiqimiz olan Türkiyəni qorumaq və müdafiə etmək üçün oradayıq. Hər hansı bir hücum niyyətimiz yoxdur və bunu əvvəldən də demişdik”.
Rasmussen həmçinin, ancaq öz raketlərini hücum məqsədilə hazırlayanların belə ağılsız fikrə düşə biləcəklərini deyib. ABŞ (Amerika Birləşmiş Ştatları), Almaniya və Hollandiyanın Türkiyəyə cəmisi 6 ədəd “Patriot” raketdən müdafiə sistemi göndərəcəyini deyən NATO baş katibi bunların quraşdırılaraq istifadəyə hazır vəziyyətə gətirilməsi üçün bir neçə həftə keçəcəyini qeyd edib.

Geri dön