Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çexiyada Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Çexiyada Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilib

Çexiyada Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilib


Çexiyanın Ostrava şəhər muzeyində "Əbədi odlar yurdu - Azərbaycanın minillik mədəniyyəti" adlı sərginin açılış mərasimi olub. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, Ostrava şəhərinin vitse-meri, Moravia-Sileziya regionunun vitse-qubernatoru, Ostrava şəhər muzeyinin direktoru, senator və deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.


Tədbir çərçivəsində mətbuat konfransı və bir sıra rəsmi görüşlər keçirilib. S. Məmmədəliyeva son illər Çexiya ilə incəsənət, musiqi, teatr, muzey, kitabxana, turizm və s. sahələr üzrə əməkdaşlığın uğurla davam etdirildiyini, hər iki ölkənin zəngin mədəniyyətlərinin qarşılıqlı təbliği və əsrlər boyu qorunub saxlanılmış mədəniyyət incilərinin tanıdılması istiqamətində əhəmiyyətli işlər görüldüyünü vurğulayıb.

Şəhər əhalisinin iştirakı ilə keçən tədbir sonra şəhər meydanında, muzeyin ətrafında davam etdirilib.

Geri dön