Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mingəçevir Dövlət Universitetində “Vətən müharibəsi” mövzusunda debat keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Mingəçevir Dövlət Universitetində “Vətən müharibəsi” mövzusunda debat keçirilib

Mingəçevir Dövlət Universitetində “Vətən müharibəsi” mövzusunda debat keçirilib


Mingəçevir Dövlət Universiteti (MDU) və Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan “Vətən müharibəsi” mövzusunda parlament debatı keçirilib.

Universitetdən bildirilib ki, MDU-nun tələbələrindən ibarət “Zəfər” və “Troya” komandaları arasında həyata keçirilən debat zamanı 44 günlük Vətən müharibəsinin və qazanılan tarixi Zəfərin xalqımızın birliyinə və mənəvi-psixoloji durumuna təsirləri, şanlı qalibiyyətimizi şərtləndirən başlıca amillər, postkonflikt dövründə yaranan yeni reallıqlar və perspektivlər müzakirə olunub.

Bütün çıxışlar yekunlaşdıqdan sonra ekspertlər öz rəylərini bildiriblər.

Qeyd edək ki, debatda MDU-nun gənc müəllimlərindən Aytac Cavadova moderator, Gülmirə Məmmədova hakim, Şəlalə Quliyeva “time keeper” statusunda iştirak ediblər. Eyni zamanda, YAP Mingəçevir şəhər təşkilatının təmsilçisi Bəxtiyar Mustafayev, Mingəçevir Regional Debat mərkəzinin sədri Ehtiram Sadıqzadə, universitetin əməkdaşları Mirzə Cavadov, Üzeyir Zeynalov və Ruhiyyə Huseynova ekspert qismində debata qatılıblar.

Geri dön