Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünyanın ən qədim ulduz xəritəsi Londonda nümayiş olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Dünyanın ən qədim ulduz xəritəsi Londonda nümayiş olunacaq

Dünyanın ən qədim ulduz xəritəsi Londonda nümayiş olunacaq


Dünyanın ən qədim ulduz xəritəsi Londonda nümayiş olunac

Dünyanın ən qədim ulduz cədvəli olduğu düşünülən “Nebra” Londona gətirilib. Qədim disk Londondakı Britaniya Muzeyində (British Museum) nümayiş olunacaq.

Mütəxəssislər “Nebra” ulduz xəritəsinin təxminən 3600 il əvvəl hazırlandığını bildirirlər. Disk 1999-cu ildə Almaniyada tapılıb və XX əsrin ən əhəmiyyətli arxeoloji tapıntılarından biri hesab olunur. Disk 15 il ərzində ilk dəfə xaricə göndərilib.

Mavi və yaşıl rəngli, diametri təqribən 30 santimetr olan mis diskin fonunda Günəş, Ay, ulduzlar və digər səma rəmzləri qızılı rəngdə təsvir edilib.

Britaniya Muzeyi “Nebra”nı gələn il fevralın 17-dən iyulun 17-dək davam edəcək “The World of Stonehenge” adlanan sərgidə nümayiş etdirəcək.

Geri dön