Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bosniya və Herseqovinanın Xorvatiya ilə sərhədindəki mühacirlər Aİ ölkələrinə getməyi arzulayırlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bosniya və Herseqovinanın Xorvatiya ilə sərhədindəki mühacirlər Aİ ölkələrinə getməyi arzulayırlar

Bosniya və Herseqovinanın Xorvatiya ilə sərhədindəki mühacirlər Aİ ölkələrinə getməyi arzulayırlar


Bosniya və Herseqovinanın Avropa İttifaqına (Aİ) üzv ölkə olan Xorvatiya ilə sərhədində yerləşən Velika Kladusa şəhərindəki Miral adlı qaçqınlar şəhərciyində məskunlaşan mühacirlər daha yaxşı həyat ümidi ilə Qərbi Avropa ölkələrinə getməyi gözləyirlər.

Miral düşərgəsində yalnız kişi mühacirlər məskunlaşıblar. Əsasən Pakistan, Əfqanıstan, Mərakeş və Banqladeşdən olan miqrantlar Bosniya və Herseqovinadan getməyi, həyatlarını Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələrdə davam etdirməyi ümid edirlər.

Ölkənin şimal-qərbindəki Velika Kladusa şəhərində təxminən iki min miqrant qalır ki, onların da təqribən 1000 nəfəri düşərgələrə yerləşdirilib, qalanları isə öz imkanları hesabına meşələrdə qurduqları çadırlarda yaşayırlar.

Geri dön