Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Moldovanın xəbər portallarında Azərbaycanın müstəqilliyinin bərpası ilə bağlı məqalələr dərc edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Moldovanın xəbər portallarında Azərbaycanın müstəqilliyinin bərpası ilə bağlı məqalələr dərc edilib

Moldovanın xəbər portallarında Azərbaycanın müstəqilliyinin bərpası ilə bağlı məqalələr dərc edilib


Moldova KİV-ində Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 30 illiyi ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyində keçirilən tədbir geniş işıqlandırılıb.

Moldovanın “noi.md”, “ava.md”, “tribuna.md” informasiya portallarında Azərbaycanın müstəqilliyinin tarixi, ölkəmizin suverenliyinin ilk illərində üzləşdiyi mürəkkəb və gərgin proseslər, Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpağlarımızın 20 faizinin işğaldan azad olunmasından bəhs olunur. Qeyd olunur ki, 1993-cü ildə xalqın iradəsi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəmizi fəlakətdən xilas edib. Sabitliyin, əmin-amanlığın bərqərar olunması, Azərbaycanın hərtərəfli inkişafı və beynəlxalq əməkdaşlığın genişlənməsi görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsi yolunda apardığı böyük işlərin nəticəsidir.

Həmçinin yazılarda Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın regionda lider ölkəyə çevrilməsi, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin siyasəti, qətiyyəti və müdrikliyi sayəsində bu gün müstəqilliyin bərpası gününün qalib ölkə olaraq ərazi bütövlüyümüzün təmin olunması şəraitində qeyd olunduğu oxucuların diqqətinə çatdırılır.

Eyni zamanda, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun, Moldova Parlamentinin vitse-spikeri, PAS-ın fraksiya sədri M.Popşoyun, Belarus, Türkiyə səfirlərinin tədbirdə çıxışları dərc olunub.

Geri dön