Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zərdab taxılçıları payız qayğılarını yaşayırlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Zərdab taxılçıları payız qayğılarını yaşayırlar

Zərdab taxılçıları payız qayğılarını yaşayırlar


Zərdab rayonunda payızlıq taxıl əkininə başlanılıb və son günlər havaların əlverişsiz keçməsi çətinliklər yaratsa da, fermerlər və fiziki şəxslər səpinin optimal müddətdə başa çatdırılması üçün ciddi səy göstərirlər.

Rayon icra hakimiyyətindən bildirilib ki, hazırda hər gün sahələrə 100-dən çox şum traktoru və səpin aqreqatı çıxarılır. Qısa vaxtda 4 min hektaradək sahədə əkin aparılıb. Rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə Alıcanlı, Bıçaqçı, Gəlmə, Şıxbağı və digər icra nümayəndəliklərində səpinə daha mütəşəkkil hazırlıqla başlanılıb. Əkində daha çox yerli şərait üçün əlverişli olan “Qarabağ 22” buğda, “Azəri”, “Qobustan” arpa sortlarından istifadə edilir.

Zərdabda cari mövsümdə 18,5 min hektar sahədə taxıl əkiləcəyi proqnozlaşdırılır. Artıq 14 min hektardan çox sahədə şum çıxarılıb və bu iş sürətlə davam etdirilir.

Geri dön