Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupun iclası keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupun iclası keçirilib

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupun iclası keçirilib


Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupun iclası keçirilib

Rusiya hökumətinin saytına istinadla xəbər verir ki, oktyabrın 20-də keçirilən iclasda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryan iştirak ediblər.

Məlumatda deyilir ki, oktyabrın 20-də üçtərəfli İşçi qrupun 8-ci iclasının birinci hissəsi keçirilib. Görüşdə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirilib, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanat çərçivəsində görülən işlərin gedişi müzakirə olunub.

İşçi qrupunun 8-ci iclasının ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılıq əldə edilib.

Geri dön