Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misirdəki diaspor mərkəzində Azərbaycan dilini öyrənən misirli tələbələrlə görüş keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Misirdəki diaspor mərkəzində Azərbaycan dilini öyrənən misirli tələbələrlə görüş keçirilib

Misirdəki diaspor mərkəzində Azərbaycan dilini öyrənən misirli tələbələrlə görüş keçirilib


Misirdə səfərdə olan Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyəti bu ölkədəki Azərbaycan diaspor mərkəzindəki kurslarda Azərbaycan dilini öyrənən tələbələrlə görüş keçirib. Tədbirdə Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov diaspor mərkəzi nəzdində fəaliyyət göstərən kurslar haqqında ətraflı məlumat verib. O, həmçinin Azərbaycan-Misir dostluq əlaqələrindən, iki dost ölkənin xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərlərdən bəhs edib. Diaspor sədri qeyd edib ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Misirdə Azərbaycan dilinin, mədəniyyətinin təbliği işinə böyük töhfələr verə bilər.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Azərbaycan dilini tədris etdiyinə görə diaspor mərkəzinin sədrinə təşəkkürünü bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi qurum əcnəbi gənclər arasında dilimizin təbliği istiqamətində layihələr həyata keçirir. Bunlardan biri də onlar üçün “Yay məktəbi”nin fəaliyyət göstərməsi olacaq. S.Əliyeva əlavə edib ki, misirli tələbələrin həmin layihədə iştirakı da təmin ediləcək.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzin direktoru Misirdəki diaspor mərkəzinə Azərbaycan dili dərslikləri hədiyə edib.

Tədbirin sonunda misirli tələbələr Azərbaycanın görkəmli şairlərinin şeirlərini söyləyib, Molla Nəsrəddin lətifələri əsasında səhnələşdirilmiş kiçik tamaşa təqdim ediblər

Geri dön