Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ciddi xəstəlikdən əziyyət çəkən Abbas Lisani xəstəxanaya aparıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ciddi xəstəlikdən əziyyət çəkən Abbas Lisani xəstəxanaya aparıldı

Ciddi xəstəlikdən əziyyət çəkən Abbas Lisani xəstəxanaya aparıldı


Verilən məlumatlara görə, Abbas Lisanini klinikaya aparılarkən polis və təhlükəsizlik məmurlarından ibarət 3 avtomobil onu müşayiət edib.

Şiddətli bel və diz ağrılarından əziyyət çəkən Abbas Lisani həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramadığı üçn silahlı məmurların müşayiəti ilə Ərdəbilin "Fatimi" xəstəxanasına aparılıb, orada analizlər verdikdən sonra zindana geri qaytarılıb.

Koronavirus pandemiyası başlayandan İran həbsxanalarında dəfələrlə yoluxma halları müşahidə edilsə də, məhkəmə sistemi və həbsxana rəsmiləri o cümlədən Abbas Lisanini məzuniyyətə buraxmaqdan imtina ediblər.

2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib.

Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.

Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə iddiasını rədd edib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

Geri dön