Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gennadi Nadolenko: Türk Şurası Ukraynanın üzləşdiyi problemlərin həllində beynəlxalq platforma ola bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Gennadi Nadolenko: Türk Şurası Ukraynanın üzləşdiyi problemlərin həllində beynəlxalq platforma ola bilər

Gennadi Nadolenko: Türk Şurası Ukraynanın üzləşdiyi problemlərin həllində beynəlxalq platforma ola bilər


Türk Şurası Ukraynanın üzləşdiyi problemlərin həllində beynəlxalq platforma ola bilər.

Bu fikirləri müsahibəsində Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın direktoru Gennadi Nadolenko söyləyib.

Onun sözlərinə görə, bu beynəlxalq təşkilatın həm iqtisadiyyat və ticarət, regionda təhlükəsizlik, Krım və digər məsələlərdə Ukraynanın üzləşdiyi problemlərin həll ediləcəyi platforma olacağı mümkündür.

“Ukraynanın müşahidəçi qismində bu təşkilata üzv olunması müraciəti Türk Şurası liderlərinin noyabrda keçiriləcək Zirvə toplantısında baxılacaq. Ukraynanın Türk Şurasında müşahidəçi üzv olması iştirakçı ölkələrlə, xüsusən Türkiyə və Azərbaycanla əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracaq”, - deyə Genaddi Nadolenko əlavə edib.

O bildirib ki, türk mədəniyyəti Ukraynaya yad deyil. Türk mədəniyyətinin, tarixinin Ukrayna mədəniyyətində xüsusi çəkisi var.

Qeyd edək ki, 2009-cu ilin oktyabrında yaradılan Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan üzvdür. Macarıstan müşahidəçi qismində Türk Şurasına üzv qəbul edilib.

Geri dön