Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ADAU-nun bir qrup əməkdaşının Tatarıstana səfəri davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > ADAU-nun bir qrup əməkdaşının Tatarıstana səfəri davam edir

ADAU-nun bir qrup əməkdaşının Tatarıstana səfəri davam edir


Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun rəhbərliyi ilə universitetin bir qrup əməkdaşının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yerləşən N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyasına səfəri davam edir.

Səfər çərçivəsində İ.Cəfərov N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyasının rektoru, professor Rüstəm Xamitoviç Ravilovla görüşüb.

Görüşdə tələbə-müəllim mübadiləsi, ortaq layihələr və baytarlıq təbabəti sahəsində ikili diplom məsələləri müzakirə edilib. Hər iki tərəf qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün real imkanlar ətrafında danışıblar.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

İkitərəfli görüşdən sonra Aqrar Universitetin nümayəndə heyəti N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyasının tədris və elmi imkanları ilə yaxından tanış olmaq üçün müvafiq kafedra və fakültələrdə olublar.

Qeyd edək ki, ADAU ilə N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyası arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, qarşılıqlı olaraq baytarlıq sahəsində kadr hazırlığına və elmi-tədqiqat işlərinin aparılmasına start verilib.

Geri dön