Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Zəfərin keşikçiləri” adlı görüş təşkil edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > “Zəfərin keşikçiləri” adlı görüş təşkil edilib

“Zəfərin keşikçiləri” adlı görüş təşkil edilib


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında “Zəfərin keşikçiləri” adlı görüş keçirilib.

Görüşün qonağı Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun leytenantı, qazi Pərvin Abdullayev olub.

Tədbirdə ADPU TGT-nin sədr müavini Aytən Əliyeva açılış çıxışı edərək Zəfər tarixini yazan igidlərimizin hər birimizə örnək olduğunu vurğulayıb. İbtidai təhsil fakültəsinin TGT rəhbəri Jalə Cəlilzadənin moderatorluğu ilə davam edən görüşdə Pərvin Abdullayev 44 günlük müharibə müddətində keçdikləri döyüş yolu, hissləri, qələbəyə doğru gedən yolda Azərbaycan əsgərinin necə inamla addımlamağı haqqında düşüncələrini bölüşüb və tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Geri dön