Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qubada 23 santimetr qar yağıb, temperatur mənfi 6 dərəcəyə düşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Qubada 23 santimetr qar yağıb, temperatur mənfi 6 dərəcəyə düşüb

Qubada 23 santimetr qar yağıb, temperatur mənfi 6 dərəcəyə düşüb


Oktyabrın 25-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Qubanın Qrız kəndində 23, Xınalıqda 16, Xaldanda isə 4 santimetr hündürlüyündə qar qeydə alınıb. Qusarın Yasab kəndinə 2, Xızının Altıağac qəsəbəsinə isə 1 santimetr hündürlüyündə qar yağıb.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Kənddə temperatur mənfi 6 dərəcəyədək enib.

Geri dön