Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan KİV-lərində Füzuli Beynəlxalq Hava Limanının açılışı barədə materiallar yerləşdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Gürcüstan KİV-lərində Füzuli Beynəlxalq Hava Limanının açılışı barədə materiallar yerləşdirilib

Gürcüstan KİV-lərində Füzuli Beynəlxalq Hava Limanının açılışı barədə materiallar yerləşdirilib


Gürcüstanın aparıcı televiziya və radio kanalları, informasiya portalları Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimindən materiallar yayıblar.

1tv.ge televiziyası, AGFM radiosu, 24news.ge, interpress.ge, aktual.ge informasiya portallarında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışı mərasimdəki iştirakı barədə silsilə materiallar verilib.

Oxuculara Azərbaycan və gürcü dillərində təqdim olunan materiallarda Azərbaycan və Türkiyə prezidentlərinə Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarlarının təqdim olunması barədə məlumatlar yer alır.

Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlqoyma mərasimindəki iştirakları barədə materiallar da yerləşdirilib.

Geri dön