Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naxçıvanda POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 33,6 faiz artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Naxçıvanda POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 33,6 faiz artıb

Naxçıvanda POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 33,6 faiz artıb


Bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasında və makroiqtisadi sabitliyin qorunmasında bank sistemi mühüm rol oynayır. 1 oktyabr 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 179571-ə çatıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bunun da 168032-si və ya 93,6 faizi aktiv hesablardır. 2021-ci ilin yanvar-sentyabr aylarında açılmış 34121 bank hesabının 34081-i aktiv hesablar olub.

2021-ci il 1 oktyabr tarixinə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1502-yə çatdırılıb. 2021-ci ilin yanvar-sentyabr aylarında internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 85 milyon 860 min 778 manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 33,6 faiz çoxdur.

Geri dön