Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Devid Bekhem Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının reklam siması olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Devid Bekhem Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının reklam siması olacaq

Devid Bekhem Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının reklam siması olacaq


Futbol dünyasının canlı əfsanələrindən sayılan britaniyalı Devid Bekhem 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının reklam siması olacaq.

Bununla bağlı Dohada D.Bekhem ilə Qətər Futbol Federasiyası arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, 46 yaşlı D.Bekhem on il ərzində Qətərin futbol səfiri kimi ölkənin turizm potensialının və mədəniyyətinin təbliğində fəal rol oynayacaq.

Sabiq futbolçunun bu müqavilə ilə 150 milyon funt-sterlinq gəlir əldə edəcəyi gözlənilir.

D.Bekhemin Qətər Dövləti ilə əməkdaşlığı 2013-cü ildə “Paris Sen-Jermen” klubunda çıxış etdiyi dövrdə başlayıb.

Geri dön