Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəşid Məmmədov: İkinci Qarabağ müharibəsinin nəticələri region üçün böyük imkanlar vəd edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Rəşid Məmmədov: İkinci Qarabağ müharibəsinin nəticələri region üçün böyük imkanlar vəd edir

Rəşid Məmmədov: İkinci Qarabağ müharibəsinin nəticələri region üçün böyük imkanlar vəd edir


Yunanıstanın Saloniki şəhərində yerləşən “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov İkinci Qarabağ müharibəsinin nəticələri, regionun inkişafı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri, Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərini bölüşüb.

Azərbaycan tərəfinin yaratdığı reallığın regionu əməkdaşlığa, inkişafa və sülhə səslədiyini vurğulayan Rəşid Məmmədov deyib: “Bildiyimiz kimi Azərbaycan Dövləti artıq regionda münaqişə və yenidən müharibə istəmir. Bununla da, Ermənistanla Azərbaycan arasında 30 ilə yaxın davam edən münaqişə faktiki olaraq, sona çatıb. 44 günlük Qarabağ müharibəsində əldə etdiyimiz şanlı Qələbə regionda ciddi dəyişikliyə səbəb olub. Region inkişaf edir, Zəngəzur dəhlizi açılır, ticarət üçün zəmin yaradılır. Bildiyimiz kimi ölkəmiz regionda bir sıra beynəlxalq əhəmiyyət daşıyan layihələri reallaşdırıb. Azərbaycanın təşəbbüsü ilə regionda reallaşan layihələr yalnız enerji sektorunu əhatə etmir, eyni zamanda, nəqliyyat və logistika sahələrini də əhatə edəcək. Bu mənada Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasına da töhfə verən ölkə olacaq. Xüsusilə onuda qeyd edim ki, Şimal-Cənub nəqliyyat dəhlizin reallaşması üçün Azərbaycan maliyyə dəstəyi nümayiş etdirən ölkələr sırasındadır. Bu da ondan xəbər verir ki, Azərbaycan həm kommunikasiya, həm logistik əlaqələrin inkişafına və regionda beynəlxalq xarakter daşıyan layihələrin reallaşmasına dəstək verməklə yanaşı, kifayət qədər həssas bölgə hesab olunan Cənubi Qafqazda sülh və əməkdaşlıq imkanları yaradır. Kommunikasiya əlaqələrinin bərpa edilməsi regionda dayanıqlı sülhün formalaşması baxımından çox vacibdir. Zəngəzur dəhlizi açıldıqdan sonra region üzərindən daşınan beynəlxalq yüklərin həcmində artımın olacağı gözlənilir. Bu, həm də regionun əhəmiyyətini artırmış olacaq. Zəngəzur dəhlizinin açılması bölgənin və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına təsir göstərəcək və eyni zamanda, Azərbaycanın Türkiyə ilə əlaqələrini gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaqdır. Oktyabrın 26-da dövlət başçılarının 30 illik işğaldan azad edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmələri bir daha Türkiyə-Azərbaycan birliyini, qardaşlığını göstərir.

Geri dön