Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yeddi qat dünya və Asiya çempionu güneyli idmançı səyyar satıcılıq edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Yeddi qat dünya və Asiya çempionu güneyli idmançı səyyar satıcılıq edir

Yeddi qat dünya və Asiya çempionu güneyli idmançı səyyar satıcılıq edir


Dünya səviyyəli idmançı, yüngül atletka üzrə yeddi qat dünya və Asiya çempionu Səccad Pirayqırçın mətbuata verdiyi müsahibədə on ildir işsiz olduğunu və bu müddət ərzində məsulların onu iş vədi ilə aldatdıqları deyib.

Təbriz şəhərinin “sarı zəmi” məhəlləsində ata evində yaşayan, 28 yaşlı eştmə əngəlli Pirayqırçın hal-hazırda səyyar siqaret satıcılığı iıə məşğuldur.

O, iki ay öncə eşitmə əngəlli atletlər arasında Polşada keçirilən dünya çempionatında birinci yeri tutaraq qızıl medaı qazanıb.

“10 ildir iş vədi ilə məni süründürürlər. Bələdiyyə idarəsinə dəfələrlə yazdığım məktubar nəticəsiz qalıb. Nə ev, nə maşın və nədə başqa bir umacağım yoxdur. Sadəcə işlə təmin olunmaq istəyirəm. Eşitmə əngəlli atamdan məşqlər üçün pul almaqdan utanıram”-deyə, təbrizli idmançı bildirib.

O, yaşlı atasına 8 dəfə əməliyyat olunduğunu. ata anası və özünün heç bir sığorta xidmətindən istifadə edə bilmədiklərini deyərək, istəyinin normal işlə təmin olunaraq imkansız ata anasına rahat yaşayış şərayiti yaratmaqdan ibarət olduğunu deyib.

“Hər dəfə çempion olandan sonra qısa müddətdə bunun dadın unudulur. Qayıdıb yenidən dörd yolda atamla siqaret satmağa başlayıram. Bu işi ayıb saymıram və atamla fəxr edirəm. Ancaq atamın müxtəlif hava şərayitlərində küçədə səyyar satıcılıq etmək yaşı ötüb. Ancaq buna baxmayaraq yenədə çalışır və mənim növbəti çempionluğum üçün məşqlərin pulunu ödəyir”-deyə, Səccad Pirayqırçin hökumətdən heç bir qayğı görmədiyini qeyd edib.

Hökumətin başqa sahələrdə də olduğu kimi Güney Azərbaycan əyalətlərinin idan sahəsinə normal vəsait ayırmaması yerli məsullarında etirazlarına səbəb olub.

Oktyabrın 27-də Şərqi Azərbaycan əyalətinin İdman və Gənclər İdarəsinin başçısı Əyyub Behcət əyalətdə idman sahəsinə diqqət ayrılmadığını deyib.

“Hətta Norveç kimi inkişaf etmiş ölkədə belə idman sahəsində bir medal qazanmaq üçün çalışıldığı halda, Təbrizdə 7 qızıl medal qazanan idmançı dolanışıq üçün siqaret satmaq məcburiyyətində qalıb”-deyə, Əyyub Behcət bildirib.

Hal-hazırda Təbrizdə 12 idman salonu fəaliyyət göstərdiyini bildirən Əyyub Behcət deyib ki, bu şəhərin cəmiyyəti ilə müqayisədə olduqca azdır.

“Qəbul edilmiş qaydalara əsasən Təbrizdə adam başına düşən idman sahəsinin ən azı 1.20 və 2 metr nəzərdə tutulduğu halda bunun 16 santimetr olması başa düşülən deyil”-deyə, Təbrizin şəhər şurasının üzvü Babayi Müqəddəm əlaqədar orqanlara irad bildirib.

Şəhər Şurasının başqa üzvü Pərviz Hadi deyib ki, son 4 ildə Təbrizdə idman sahəsi tamamilə məhv edilib.

“Son 4 ildə Təbriz bələdiyyəsi nəzdində fəaliyyət göstərən və idmançılarının 95%-nın yerli olduğu 40 idman komandası dağıldı. Belə gedərsə olub-qalan idman komandaları və klublarıda dağılacaq”-deyə, Pərviz Hadi xəbərdarlıq edib.

Şəhər Şurasının üzvü Əlirza Nəvayi Bağban isə cari ildə Təbrizin idman sahəsinə yalnız 200 milyon tümən vəsait ayrıldığını, bunun öncəki illərdə nəzərdə tutulan 18 milyard tüməndən 90 dəfə az olduğunu söyləyib.

Qeyd edək ki, Azərbaycan əyalətlərində idman sahəsinə və klublara diqqət yetirilməməsi tanınmış azərbaycanlı idmançıların başqa əyalətlərin komandalarına transfer olmasına səbəb olur.

Buna sonuncu nümunə olaraq bir müddət öncə qeyd olunan diqqətsizlik ucbatından azərbaycanlı idmançılar Mir Haşım Hüseyni, Səid Rəcəbi və Əlirza Nəzərinin Tehran klubuna getmələrini göstərmək olar.

Onlar bu ilin sentyabr ayında keçirilən taekvando üzrə Klublararası Asiya Kubokunda Tehranın “Şəhrdari-ye Vəramin” klubu tərkibində 1 qızıl, Bir gümüş və bir bürünc medal qazandılar.

Bununla yanaşı bir neçə ay öncə başqa azərbaycanlı idmançı, karate üzrə dünya çempionu Barbəd Sədaqət İran Karate Federasiyasının ayri-seçkilik siyasətlərinə etiraz olaraq milli komandadan ayrıldı.

Cüdo üzrə dünya çempionu Arəş Aqayi isə oxşar yanaşmalar səbəbindən İran milli komandasından ayrılaraq Azərbaycan Respublikasının milli komandasına qoşuldu.

Geri dön