Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa İttifaqı meşələrin qorunması üçün bir milyard avro ayırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Avropa İttifaqı meşələrin qorunması üçün bir milyard avro ayırıb

Avropa İttifaqı meşələrin qorunması üçün bir milyard avro ayırıb


Avropa Komissiyası meşələrin qorunması üzrə qlobal təşəbbüsə 1 milyard avro ayrıldığını elan edib. “TASS” agentliyinə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen çərşənbə axşamı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin Qlazqoda keçirilən 26-cı Konfransında (COP26) çıxış edərkən bildirib.

"Mən Avropa Komissiyasının meşələrin mühafizəsi üzrə qlobal təşəbbüsü üçün 1 milyard avro ayıracağını elan etməkdən məmnunam", - deyə o bildirib. Fon der Lyayen həmçinin söz verib ki, Avropa Komissiyası tezliklə Aİ-nin meşələrin qırılmasına təsiri məhdudlaşdırmalı olan direktiv təqdim edəcək. "Aİ bazarlarına daxil olan məhsullar meşələrin qırılmasına səbəb olmamalıdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, bazar günü işinə başlayan COP26 konfransı noyabrın 12-dək davam edəcək. Konfransda 200-ə yaxın ölkədən nümayəndə heyəti iştirak edir, onlardan 120-si ən yüksək səviyyədə təmsil olunur. Azərbaycan konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Geri dön