Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beyləqanda şəhid anaları və bacıları ilə görüş olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Beyləqanda şəhid anaları və bacıları ilə görüş olub

Beyləqanda şəhid anaları və bacıları ilə görüş olub


Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Şəhid anaları qəhrəman analardır” adlı tədbir keçirilib.

Şəhid anaları və bacılarının iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova Vətənini, xalqını ürəkdən sevən qəhrəman övladlar yetişdirdiklərinə görə şəhid analarına təşəkkür edib, 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıb. Bildirib ki, Vətən müharibəsindəki tarixi Qələbəmiz xalqımızın həmrəyliyi, Ali Baş Komandanın “Dəmir yumruğu” ətrafında birləşməsi, Azərbaycan oğullarının vətənpərvərliyi, Ordumuzun gücü sayəsində qazanılıb.

Tədbirdə şəhid anaları çıxış edərək övladlarının şərəfli döyüş yolundan danışıb, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda şəhidlərimizin ruhuna ehsan süfrəsi açılıb.

Geri dön