Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Zəfər yolu” layihəsinin növbəti qonağı - Vətən müharibəsi iştirakçısı Elmar Lətifov
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Zəfər yolu” layihəsinin növbəti qonağı - Vətən müharibəsi iştirakçısı Elmar Lətifov

“Zəfər yolu” layihəsinin növbəti qonağı - Vətən müharibəsi iştirakçısı Elmar Lətifov


Bu barədə Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib. Bildirilib ki, layihənin otuz üçüncü verilişində Vətən müharibəsi iştirakçısı Elmar Lətifov keçdiyi döyüş yolundan bəhs edir.

Qeyd edək ki, BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris-teleradio studiyası tərəfindən Vətən müharibəsinin ildönümünə həsr olunan “Zəfər yolu” layihəsi həyata keçirilir.

Layihə 8 Noyabr - Zəfər Gününə qədər davam edəcək. Proqramlarda Vətən müharibəsi iştirakçıları döyüş əməliyyatları, əsgər və zabitlərimizin qəhrəmanlığı, düşmənin təslim olması və s. barədə danışırlar.

Layihənin ideya müəllifi mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunur. Proqramın buraxılışları BDU TV-də yayımlanır. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.

Geri dön