Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zəfər Günü münasibətilə veteranlarla növbəti görüş keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Zəfər Günü münasibətilə veteranlarla növbəti görüş keçirilib

Zəfər Günü münasibətilə veteranlarla növbəti görüş keçirilib


Noyabrın 5-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Günü münasibətilə veteranlarla növbəti görüş keçirilib.

Respublika Veteranlar Təşkilatından bildiriblər ki, Təşkilatın sədri Fatma Səttarova tədbir iştirakçılarını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, bu Zəfərin tarixi önəminə diqqət çəkib.

Fatma Səttarova qeyd edib ki, bu Zəfər Azərbaycan Ordusu ilə yanaşı, həm də Azərbaycan xalqının gücünü, onun həmrəylik və fədakarlıq keyfiyyətini bütün dünyaya göstərib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov şanlı Qələbənin Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Sədr müavini deyib ki, bu Zəfər erməni işğalına son qoymaqla yanaşı, xalqımızın mübarizlik əzmini, ədalətsizliklə barışmazlıq keyfiyyətini dünyaya nümayiş etdirdi.

Sonra çıxış edən veteranlar Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətindən bəhs edib, veteranlara, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda veteranlara xüsusi mükafatlar və bayram sovqatları təqdim edilib.

Geri dön