Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Son bir ildə Şuşada xeyli sayda silahlar, partlayıcı maddələr və digər sursatlar aşkarlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Son bir ildə Şuşada xeyli sayda silahlar, partlayıcı maddələr və digər sursatlar aşkarlanıb

Son bir ildə Şuşada xeyli sayda silahlar, partlayıcı maddələr və digər sursatlar aşkarlanıb


Ötən il sentyabrın 27-də cəbhədə növbəti erməni təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları 44 gün davam edərək, düşmənin 30 ilə yaxın işğalda saxladığı ərazilərimizin azad edilməsi ilə nəticələndi. Vətən müharibəsində düşmən ordusu tamamilə darmadağın edildi. Noyabrın 8-də Azərbaycan əsgəri tariximizin və mədəniyyətimizin Şuşa zirvəsinə üçrəngli bayrağımızı sancdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bildiriblər ki, Şuşa şəhərinin azad edilməsi ilə düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu, Azərbaycanın Zəfər Günü, düşmənin isə qəti məğlubiyyəti idi. 8 Noyabr tariximizə Zəfər Günü kimi həkk olundu. Bu gün Şuşa Zəfərinin, Qarabağ Zəfərinin bir ilini qeyd edirik. Bir il ərzində Şuşa şəhəri özünün yeni dövrünü yaşayır. Şəhər günü-gündən tikilir, qurulur, dirçəlir, gözəlləşir. Bu istiqamətdə çoxşaxəli tədbirlər bir an da səngimir.

Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq nəzarət-profilaktik tədbirlər keçirir, təhlükəsizliyin və asayişin təmin edilməsi məqsədi ilə zəruri işlər görürlər.

Erməni hərbi birləşmələrinin şəhər ərazisində atıb qaçmağa məcbur olduğu silah-sursatlardan təmizlənməsi üçün Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumlarla birgə nəzarət-profilaktiki tədbirlər görür. Belə ki, son bir il ərzində keçirilən tədbirlərlə xeyli sayda silahlar, partlayıcı maddələr və digər sursatlar aşkarlanıb. Polis əməkdaşları şəhər ərazisindən və ətraf kəndlərdən 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara və digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 “Foqot” və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa Şuşa Rayon Polis Şöbəsinin Daşaltı kəndində keçirdiyi tədbirlər nəticəsində çəkisi 1 ton 600 kiloqramdan çox olan 2437 ədəd çətənə bitkisi məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Geri dön