Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kişineuda Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Kişineuda Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olunub

Kişineuda Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olunub


Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə Kişineuda 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

"Azərbaycan bayrağı" mözsusunda keçirilən dəyirmi masada səfirliyin əməkdaşları, Moldovada təhsil alan əcnəbi tələbələr iştirak ediblər.

Tədbirdə səfirliyin əməkdaşları Azərbaycan bayrağının rənglərinin mənaları və mahiyyəti barədə məlumat veriblər.

Moldovada səfərdə olan azərbaycanlı jurnalist Nicat Dağlar Azərbaycan bayrağının tarixi barədə danışıb.

Xarici tələbələr də öz növbələrində iştirakçılara ölkələrinin bayrağı, bayrağın rəngləri və mənası barədə məlumat veriblər. Onlar ölkəmizdə gedən müsbət prosesləri, inkişafı yaxından izlədiklərini, Azərbaycanın uğurlarına sevindiklərini qeyd ediblər.

Geri dön