Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Vətən müharibəsi Gəncə şəhidləri” kitabı nəşr olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Vətən müharibəsi Gəncə şəhidləri” kitabı nəşr olunub

“Vətən müharibəsi Gəncə şəhidləri” kitabı nəşr olunub


AMEA Gəncə Bölməsində Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Vətən müharibəsi Gəncə şəhidləri” kitabı nəşr edilib.

Kitab şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların tanıdılması məqsədilə hazırlanıb. Burada 107-si hərbi, 26-sı mülki olmaqla ümumilikdə, 133 Vətən müharibəsi şəhidinin tərcümeyi-halı öz əksini tapıb.

Kitabda müharibənin getdiyi müddətdə və ondan sonra dünyanın 30-dan artıq ölkəsinin aparıcı informasiya vasitələrinə ölkə başçısının verdiyi müsahibələrdən hissələr də yer alıb.

Nəşr olunan yeni kitab şəhidlərin xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Vətən müharibəsi, onun qəhrəmanları və qələbəyə öz töhfəsini vermiş mülki insanlar haqqında gələcək elmi-tədqiqatlar üçün qiymətli mənbədir.

Geri dön