Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Üçüncü beynəlxalq Daşkənd təsviri incəsənət biennalesində Azərbaycan da iştirak edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Üçüncü beynəlxalq Daşkənd təsviri incəsənət biennalesində Azərbaycan da iştirak edib

Üçüncü beynəlxalq Daşkənd təsviri incəsənət biennalesində Azərbaycan da iştirak edib


Özbəkistanda keçirilən üçüncü beynəlxalq Daşkənd təsviri incəsənət biennalesi başa çatıb.

Biennaledə dünyanın 20 ölkəsindən gələn 100-dən çox sənətkar iştirak edib.

Tədbirə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Erteqin Salamzadə və həmin institutun şöbə müdiri Rəna Abdullayeva da qatılıblar.

Sənətkarlar bir neçə gün ərzində milli dulusçuluq nümunələrini, kalliqrafiya və miniatür işlərini, tətbiqi sənət əsərlərini, milli və müasir geyimləri nümayiş etdiriblər.

Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduxakimov qalibləri və iştirakçıları təbrik edib. O, incəsənətiin bu növləri üzrə belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra qaliblərin adları elan edilib. Özbəkistanın nümayəndəsi, dulusçu Abduvahid Karimov “Qran-pri”nin sahibi olub. Tacikistan, Qazaxıstan və Rusiya nümayəndələri müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüb, altı həvəsləndirici mükafat verilib.

Biennalenin münsiflər heyətinin üzvü Erteqin Salamzadə çıxışında bildirib ki, beş gün ərzində Daşkəndin müxtəlif sərgi salonlarında keçirilən biennaleyə bir-birindən gözəl incəsənət nümunələri təqdim olunmuşdu. Biennaledə ümumilikdə yeddi ölkədən 10 nəfər qalib olub və mən belə hesab edirəm ki, biz ədalətli qərar qəbul etmişik.

E.Salamzadə Daşkənddəki Kəmaləddin Behzad adına Milli Rəssamlıq İnstitutunun professor-müəllim heyəti - rəssamlar, sənətşünaslar, dizaynerlər və tələbələr qarşısında mühazirə də oxuyub və Azərbaycan incəsənəti və mədəniyyəti haqqında ətraflı məlumat verib.

Geri dön