Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Si Cinpin və Cozef Bayden arasında virtual görüş keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Si Cinpin və Cozef Bayden arasında virtual görüş keçirilir

Si Cinpin və Cozef Bayden arasında virtual görüş keçirilir


Çin Xalq Respublikasının Sədri S Cinpin və ABŞ Prezidenti Cozef Bayden arasında virtual görüş keçirilir.

Çinin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılır.

Görüşüb mətbuat üçün açıq hissəsində Çin lideri bildirib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və dünyanın 2 ən iqtisadiyyatı olan Çin ilə ABŞ arasında təmasların və əməkdaşlığın gücləndirməsinə ehtiyac var.

Si Cinpin tərəflərin bir-birinə hörmətlə yanaşmalı olduqlarını vurğulayaraq, iqlim dəyişikliyi və COVID-19 pandemiyası kimi qlobal çağırışlara effektiv cavab daxil olmaqla, sülhpərvər və sabit beynəlxalq mühitin təminatı üçün iki ölkənin münasibətlərini dərinləşdirməsinə ehtiyac olduğunu deyib.

O, Çin-ABŞ münasibətlərinin müsbət istiqamətdə irəli aparılması üçün Prezident Cozef Baydenlə işləməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Cozef Bayden ABŞ prezidenti kimi vəzifəsinə başladıqdan sonra Si Cinpin ilə 2 dəfə telefonla danışıb.

Geri dön