Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İtaliyada VAR sistemi üzrə futbol hakimlərinin danışıqları açıqlanacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > İtaliyada VAR sistemi üzrə futbol hakimlərinin danışıqları açıqlanacaq

İtaliyada VAR sistemi üzrə futbol hakimlərinin danışıqları açıqlanacaq


İtaliya VAR (video-köməkçi hakim) sistemi üzrə hakimlərin danışıqlarını paylaşmağa hazırlaşır.

Bu barədə İtaliya Hakimlər Komitəsinin sədri Alfredo Trentalange deyib.

VAR dialoqlarının paylaşılmasında hər hansı maneə olmadığını bildirən A.Trentalange deyib: “Bizim heç nəyi gizlətmək fikrimiz yoxdur. Tezliklə bu istiqamətdə addım atacağıq və VAR danışıqlarını hər kəslə paylaşacağıq. O zaman hamı hakimlərin xoş niyyətini görəcək”.

Komitə sədri VAR sisteminin futbolda haqsızlığı aradan qaldırdığını və hakimlərin ixtisaslaşması üçün yaxşı təcrübə olduğunu bildirib.

Geri dön