Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, vətəndaş Məcid Fərzəliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub. Buna baxmayaraq, həmin şəxs qaydaları kobud şəkildə pozaraq idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə şəhər ərazisində hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onunla profilaktik söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan M.Fərzəliyev barəsində Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Geri dön