Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güneyli müəllim həbs cəzasına məhkum edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güneyli müəllim həbs cəzasına məhkum edilib

Güneyli müəllim həbs cəzasına məhkum edilib


Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan “Şərqi Azərbaycan Müstəqil Mədəniyyət Dərnəyi”nin idarə heyətinin üzvü olmaqla yanaşı, “İran Mədəniyyət Dərnəkləri Koordinasiya Şurası”nın üzvü və Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsidir.olan Lətif Ruzixah həbs cəzasına məhkum edilib.

Culfa şəhərinin İnqilab Məhkəməsi müəllimə “hökumətə qarşı təbliğat” ittihamı ilə 7 ay həbs cəzassının verilməsi barədə qərar çıxarıb.

“İran Mədəniyyət Dərnəkləri Koordinasiya Şurası” Lətif Ruzixahın həbsi ilə bağlı yaydığı bəyanatda bu müəllimə qarşı çıxarılan məhkəmə qərarını təhsil sahəsi fəalları və müəllimlərə qarşı İran hökumətinin basqı siyasətinin tərkib hissəi adlandırıb.

Qeyd edək ki, hal-hazırda 15 müəllim hüquqları uğrunda fəaliyyət apardıqları və təhsil problemlərini qabartdıqları üçün İran zindanlarında saxlanılırlar.

Bundan öncə İran məhkəməsinin elektron sistemində dərc edilən bildirişdə Lətif Ruzixahdan noyabrın 10-da məhkəmədə olması istənilmişdi.
Bundan öncə güneyli müəllim 14 oktyabr tarixində müəllimlərin etiraz aksiyasında iştirak etdiyi üçün məhkəməyə çağrılmış və ona qarşı oxşar ittiham irəli sürülüb.

Ruzixah bundan öncə də müxtəlif bəhanələrlə təzyiqlərə məruz qalıb.
Məhkəmə və təhlükəsizlik qurumları ona qarşı “ictimai asayişi pozmaq”, “ictimai rəyi təhrik etmək” kimi ittihamlar irəli sürülərək sinfi fəaliyyətlərinin qarşısını almağa çalışıblar.

Culfalı müəllimin məhkəməyə çağrılmasının “İran Təhsil İşçiləri Dərnəkləri Koordinasiya Şurası”nın noyabrın 11-ə etiraz aksiyaları keçirmək barədə etdiyi çağırışla əlaqəli olduğu bildirilir.

Şuranın çağırışında əmək haqları və sıralama problemlərinin həll olunması ilə yanaşı əsas istək təhlükəsizlik orqanları tərəfindən həbs edilən müəllimlərin sərbəst buraxılmasıdır.

Geri dön