Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Maska taxarkən ağız və burun boşluğu tam örtülməlidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Maska taxarkən ağız və burun boşluğu tam örtülməlidir

Maska taxarkən ağız və burun boşluğu tam örtülməlidir


İki ilə yaxındır ki, yeni növ koronavirus (COVID-19) xəstəliyi yayılmağa başlayandan həyatımızı tibbi maskasız təsəvvür etmək çətindir. Lakin təəssüf ki, hələ də maskadan istifadə qaydalarına düzgün əməl etməyənlər var.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadənin dediyinə görə, birdəfəlik maskalar 2-3 saatdan bir dəyişilməlidir: “İlk növbədə, əlləri təmiz yumaq, bundan sonra maskanın kənarlarından tutub rəngli tərəfi çölə olmaq şərtilə taxmaq lazımdır. Burda xüsusi vacib məqam maskanın ağız və burun boşluğunu örtməsidir. Bəzən burunu kənarda qoyaraq maska taxılması halları ilə üzləşirik. Bu, qətiyyən düzgün deyil. Maska taxarkən ağız və burun boşluğunun tam örtülməsinə nəzarət edilməlidir. Maskanın hava ilə təmasda olan çöl səthinə toxunmaq olmaz, çünki həmin hissə ətraf mühitlə təmasda olduğundan çirklənmiş sahə hesab olunur. Maskanı çıxararkən mütləq iplərdən tutmaq, çıxarandan sonra zibil qutularına atmaq və əlləri yumaq lazımdır”.

Bəzən müxtəlif dizaynlı və formalı maskalardan istifadə edənlər də olur. Lakin Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, parça materialdan hazırlanan və ya aksesuar kimi taxılan maskalar yoluxucu xəstəliklərdən qorumur. Tibbi maskalardan bir neçə dəfə istifadə etmək də tövsiyə olunmur. COVID-19-dan qorunmaq üçün yeganə yol mütəmadi dəyişmək şərtilə tibbi maskalardan istifadə edilməsidir.

Geri dön