Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan hökumətinin Bakıya səfəri zamanı qaz tarifləri müzakirə olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Gürcüstan hökumətinin Bakıya səfəri zamanı qaz tarifləri müzakirə olunacaq

Gürcüstan hökumətinin Bakıya səfəri zamanı qaz tarifləri müzakirə olunacaq


Baş nazir Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti dekabrın 26-da Azərbaycana səfər edəcək. Nümayəndə heyətinin tərkibində energetika naziri Kaxa Kaladze də olacaq.
Nazirin sözlərinə görə, Azərbaycandakı görüşlərin aktual mövzularından biri məhz qaz tarifləri olacaq. O, bu məsələnin müsbət həll olunacağına ümid edir.
Yanacağın qiymətlərinə gəldikdə, Kaladze bildirib ki, "Gürcü arzusu"nun hakimiyyətə gəlməsindən sonra yanacağın qiyməti aşağı düşməyə başlayıb. "Qiymətlərin gələcəkdə də aşağı düşməkdə davam edəcəyi mümkündür", - o əlavə edib.
Bu arada İvanişvili özü bazar ertəsi keçirilən brifinqdə bəyan edib ki, qaz tariflərinin azalması "yalnız simvolik" ola bilər.

Geri dön