Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Türkiyədə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunacaq

Türkiyədə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunacaq


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva noyabrın 25-də Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Qənirə Paşayeva burada TÜRKSOY-un xətti ilə keçiriləcək Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyi mərasimində iştirak edəcək. Tədbirdə söz ustadı Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs olunacaq, onun ədəbi irsindən nümunələr səsləndiriləcək.

Qənirə Paşayeva, həmçinin Türkiyənin tanınmış ədibi Kənan Çarboğa tərəfindən tərcümə edilmiş “Aşıq Ələsgərin seçmə şeirləri” kitabının təqdimat mərasiminə qatılacaq.

Səfər noyabrın 28-də başa çatacaq.

Geri dön