Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsveçin ilk qadın Baş naziri vəzifəyə seçildiyi andan 7 saat sonra istefaya gedib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > İsveçin ilk qadın Baş naziri vəzifəyə seçildiyi andan 7 saat sonra istefaya gedib

İsveçin ilk qadın Baş naziri vəzifəyə seçildiyi andan 7 saat sonra istefaya gedib


İsveçin ilk qadın Baş naziri Maqdalena Andersson vəzifəyə seçildiyi andan 7 saat sonra istefaya gedib.

Müvafiq müraciətlə Maqdalena Andersson vəzifəsindən azad edilməsini xahiş edib.

Bu gün səhər saatlarında Sosial Demokratlar Partiyasının rəhbəri Maqdalena Andersson parlamentdə baş tutan seçki nəticəsində “Qırmızı-Yaşıllar” koalisiyasından Baş nazir seçilib. Buna baxmayaraq, "Qırmızı-Yaşıllar" koalisiyasının üzvü Yaşıllar Partiyası, gələn ilki ölkə büdcəsi məsələsində razılığa gəlməməsinə görə hökuməti tərk edib və koalisiyanın dağılmasına səbəb olub.

Maqdalena Andersson artıq spiker Anderas Norlenə hələ də Sosial Demokratlar Partiyasından bir partiyalı hökumətə rəhbərlik etməkdə maraqlı olduğunu bildirib.

Geri dön