Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya və Gürcüstanın xüsusi nümayəndələrinin növbəti onlayn görüşü keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Borçalı > Rusiya və Gürcüstanın xüsusi nümayəndələrinin növbəti onlayn görüşü keçirilib

Rusiya və Gürcüstanın xüsusi nümayəndələrinin növbəti onlayn görüşü keçirilib


Noyabrın 24-də Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin yeni sədri Qriroqri Karasin ilə Gürcüstan Baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze arasında növbəti onlayn görüş keçirilib.

Hər iki ölkənin xarici işlər və nəqliyyat nazirliklərinin nümayəndələri iştirak ediblər.

Görüşdə iki ölkə arasında təhlükəsizlik və humanitar sahədə əməkdaşlığın inkişafı üçün danışıqların Cenevrə formatının əhəmiyyəti xüsusi vurğulanıb. Tərəflər iqtisadi-ticarət, nəqliyyat, əmlak və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivlərini nəzərdən keçiriblər.

Eyni zamanda, Abxaziya və Tsixinvali regionundakı gərgin vəziyyət, insan hüquqlarının pozulması, eləcə də Gürcüstanın “3+3” regional əməkdaşlıq formatında iştirakı barədə məsələlər diqqət mərkəzində olub.

Gürcüstan tərəfi bu təşəbbüsdə iştirak imkanını nəzərdən keçirməyəcəyini bəyan edib.

Geri dön