Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqa səfər edib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqa səfər edib |
Noyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasına səfər edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Sankt-Peterburqun “Pulkovo” Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini MDB PA Şurasının Baş katibi Dmitri Kobitski, ölkəmizin Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər qarşılayıblar. Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında və bu çərçivədə keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Geri dön |