Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyada “Yuki matsuri” festivalı iki illik fasilədən sonra ilk dəfə keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Yaponiyada “Yuki matsuri” festivalı iki illik fasilədən sonra ilk dəfə keçiriləcək

Yaponiyada “Yuki matsuri” festivalı iki illik fasilədən sonra ilk dəfə keçiriləcək


Yaponiyanın Sapporo şəhərində hər il təşkil olunan “Yuki matsuri” (Qar fiqurları festivalı) koronavirus pandemiyasına görə iki illik fasilədən sonra ilk dəfə ənənəvi formatda təşkil ediləcək.

Bu barədə Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, festivalın gələn il fevralın 5-dən 12-dək təşkil edilməsi planlaşdırılır. Bununla yanaşı, festivalın masştabının əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulur. Belə ki, festival Sapporonun mərkəzində yerləşən yalnız bir meydançada təşkil olunacaq. Həmin ərazidə qardan və buzdan bir neçə böyük fiqurun quraşdırılması nəzərdə tutulur. Onların hündürlüyü 10 metrdən artıq olmayacaq. İnsanların kütləvi şəkildə toplaşmasının qarşısını almaq üçün burada hərəkətin birtərəfli qaydada olması da planlaşdırılır.

Festivalın təşkilat komitəsi nəhəng fiqurların quraşdırılmasından yayınmağı, sürüşmə meydançasının və digər əyləncə yerlərinin də olduğu gəzinti sahəsini açmamağı nəzərdə tutur. Bundan əlavə, şəhərin küçələrində qida məhsullarının satıldığı çadırların quraşdırılmasına da icazə verilməyəcək.

Pandemiyanın yeni başladığı 2020-ci ilin əvvəllərində festival adi formatda təşkil edilsə də ziyarətçilərin sayının əvvəlki illərlə müqayisədə 25 faiz az olduğu bildirilir. Ötən il isə, festival ilk dəfə olaraq onlayn formatda keçirilib.

Geri dön