Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı alimlər “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycanlı alimlər “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüblər

Azərbaycanlı alimlər “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüblər


Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Sərhad Kabaklı 2021-ci il üçün “Yaşayan Dədə Qorqud” mükafatı sahiblərinin adlarını açıqlayıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüblər. Əsərləri bir sıra dillərə çevrilən İ.Həbibbəyli və K.Abdulla uzun illər apardıqları elmi araşdırmalara, çox sayda elmi, bədii və bioqrafik əsərlərinə, türk mədəniyyətinə və ədəbiyyatına xidmətlərinə, türk dünyasının birliyi uğrunda həyata keçirdikləri elmi və ədəbi fəaliyyətə görə mükafatlandırılıblar.

Vəqfin İdarə Heyətinin toplantısında qəbul etdiyi qərarla 2018-ci ildən bu yana türk dünyası nəzdində verilən mükafat bu il Azərbaycandan iki nəfərə təqdim olunub.

Geri dön