Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiya saytı: Azərbaycan “Hökumətə etibar edən insanların üstünlük təşkil etdiyi ölkələr” sorğusunda üçüncü yeri tutub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Yaponiya saytı: Azərbaycan “Hökumətə etibar edən insanların üstünlük təşkil etdiyi ölkələr” sorğusunda üçüncü yeri tutub

Yaponiya saytı: Azərbaycan “Hökumətə etibar edən insanların üstünlük təşkil etdiyi ölkələr” sorğusunda üçüncü yeri tutub


Yaponiya “news.yahoo.co.jp” saytı Azərbaycanın “Hökumətə etibar edən insanların üstünlük təşkil etdiyi ölkələr” sorğusunda üçüncü yeri tutmasından yazıb.

Saytın “Azərbaycan “Hökumətə etibar edən insanların üstünlük təşkil etdiyi ölkələr” sorğusunda üçüncü yeri tutub” adlı məqaləsində “World Values Survey” beynəlxalq layihəsi tərəfindən keçirilən sorğunun nəticələrindən bəhs edilir. Bildirilir ki, koronavirus pandemiyasının yayıldığı müasir dünyada beynəlxalq vəziyyət ciddi dəyişikliklər yaşayır. Qeyd edilir ki, belə olan halda tanınmış beynəlxalq layihə dünya ölkələrində insanlar hökumətə nə qədər etibar edir sualının cavabını araşdırıb.

Sorğu zamanı respondentlərdən “Hökumətə etibar edirsinizmi?” sualına cavab vermələri xahiş edilib. Əvvəlcədən hazırlanan variantlar arasında isə “Çox inanıram”, “Bir az inanıram”, “Həddindən artıq inanıram” cavabları yer alıb. Eyni zamanda, cavablar sırasında “İnanmıram”, “Heç inanmıram” və “Bilmirəm” cavabları da göstərilib.

Qeyd edilir ki, Qafqazda, Xəzər dənizinin sahillərində yerləşən Azərbaycanda sakinlərin 89,6 faizi hökumətə inandığını bildirib. Həmçinin 1991-ci ildə keçmiş Sovet İttifaqından ayrılaraq müstəqillik qazanmış respublikada iki siyasətçi nəslinin dəyişdiyi qeyd edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Məqalədə hökumətə inam bəsləyən insanların 92,9 faiz təşkil etdiyi Vyetnamın ikinci, əhalinin 94,6 faizinin etibar etdiyi Çinin isə birinci yeri tutduğu qeyd edilir.

Həmçinin yazıda Yaponiyanın bu sorğunun nəticələrinə görə 36-cı yerdə qərarlaşdığı da bildirilir.

Geri dön