Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir Estoniya mətbuatında
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir Estoniya mətbuatında

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir Estoniya mətbuatında


Estoniyanın nüfuzlu “Bublik Delfi” xəbər portalında “Tallində Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib” adlı məqalə dərc olunub.

Məqalədə Estoniyada təşkil edilən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirdəki Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovun, Fəlsəfə və Sosiologiya Akademiyasının təsisçisi Mail Yaqubun, Estoniyada fəaliyyət göstərən “Ocaq” radiosunun baş redaktoru Sənəm Əliyevanın çıxışları, həmçinin tədbirin mahiyyəti haqqında məlumatlar verilib.

Yazıda tədbirin ölkəmizin Estoniyadakı səfirliyinin, Azərbaycan Diasporuna Dəstək Fondunun, Estoniyada geniş yayımlanan “Ocaq” radiosunun və Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin birgə təşkilatçılığı ilə keçirildiyi də qeyd olunub.

Məqalədə Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmovun Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğu fikirləri yer alıb.

Nəşrdə, həmçinin səfirin il ərzində ölkəmizdə və ölkə hüdudlarından kənarda bir çox tədbirlərin keçirilməsi ilə bağlı fikirlərinə və bu cür silsilə tədbirlərin davamı olaraq Estoniyada baş tutan, Nizami Gəncəvi irsinin öyrənilməsinə həsr olunan elmi seminarın əhəmiyyətinə toxunulub. Qeyd olunub ki, Estoniyada keçirilən tədbir bu ölkə ictimaiyyətində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında daha müfəssəl məlumat əldə etməyə imkan yaradıb.

Yazıda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbirdə Türkiyənin Estoniyadakı səfirliyinin əməkdaşları, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirak etməsi və eləcə də azərbaycanlı gənc musiqiçilər tərəfindən musiqi parçaları ifa edildiyi diqqətə çatdırılır. Qeyd olunur ki, mərasimin sonunda Azərbaycan milli mətbəxinin nemətləri qonaqlara təqdim olunub.

Geri dön