Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkmənistan şirkətləri İƏT-ə üzv ölkələrlə dəyəri 35 milyon dollardan çox olan sənədlər imzalayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Türkmənistan şirkətləri İƏT-ə üzv ölkələrlə dəyəri 35 milyon dollardan çox olan sənədlər imzalayıb

Türkmənistan şirkətləri İƏT-ə üzv ölkələrlə dəyəri 35 milyon dollardan çox olan sənədlər imzalayıb


Türkmənistan şirkətləri İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələri ilə ixrac-idxal əməliyyatları üzrə ümumilikdə 35 milyon ABŞ dollarından çox ikitərəfli sənədlər imzalayıb.

Sənədlər İqtisadi Əməkdaşıq Təşkilatı (İƏT) Sammiti çərçivəsində üzv ölkələrin biznes forumunda imzalanıb.

"Qazaxıstan-Türkmənistan-İran"dəmir yolu dəhlizindən istifadə olunması ilə bağlı qarşılıqlı anlaşma memorandumu, bundan başqa Türkmənistanın neft-qaz kompleksinin müvafiq strukturları ilə İƏT-in iştirakçısı olan ölkələrin şirkətlərinin nümayəndələri arasında ümumi dəyəri 11 milyon ABŞ dollarından çox olan ikitərəfli sənədlər imzalanıb.

Türkmənistan şirkətləri şirniyyat məhsullarının Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistana ixracı üçün müqavilələr imzalayıblar. İdxal müqavilələri arasında Türkmənistanda mebel istehsalı üçün Türkiyədən avadanlıq tədarükü, Qazaxıstandan taxıl tədarükü və digər sənədlər imzalanıb.

Geri dön