Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Osaka şəhərindəki yanğını söndürməyə təqribən 60 yanğınsöndürən maşın və helikopter cəlb olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Osaka şəhərindəki yanğını söndürməyə təqribən 60 yanğınsöndürən maşın və helikopter cəlb olunub

Osaka şəhərindəki yanğını söndürməyə təqribən 60 yanğınsöndürən maşın və helikopter cəlb olunub


Noyabrın 29-da Yaponiyanın Osaka şəhərində yerləşən anbarda baş verən yanğını söndürməyə təqribən 60 yanğınsöndürən maşın və bir helikopter cəlb olunub.

Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, altı mərtəbəli anbarda baş verən yanğın təqribən 10 min kvadratmetr ərazini əhatə edib.

Yanğın zamanı binada təqribən 100 nəfərin olduğu və onların hamısının sağ-salamat təxliyə edildiyi qeyd olunur.

Hazırda polisin anbar ərazisində bu binadan istifadə edən şirkətlərin nümayəndələrinin olmasını araşdırdığı bildirilir. Yanğının isə anbar ərazisindəki boş karton qutulardan başladığı qeyd edilir.

Geri dön